Qaynar xətt:

(+99450) 247 90 86

Quyudan uşaq meyiti tapıldı

2023/05/21/1684683754_68ea6b3a-0e6d-360f-be18-013646738978_850.jpg

REDAKTORUN SEÇİMİ

310

21.05.2023, 19:42

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Oxu24.com-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb. FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.